EN

Bu ərazilərdə qaz kəsiləcək

Lənkəranın bəzi ərazilərində qaz kəsiləcək.

Publika.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Ələt–Astara avtomobil yolu üzərində yerləşən iki ədəd körpünün yenidən qurulması ilə bağlı olaraq, yolun 197-ci kilometrində Girdəni çayı üzərində tikilən yeni körpünün inşası məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Göyşaban və Ürgə kəndləri, həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində ümumilikdə 1550 abonentin qaz təchizatının 21.10.2025-ci il tarixdə saat 9:30-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Chosen
63
13
publika.az

10Sources