EN

Qarabağda minalanmış sahələrin radiasiya təhlükəsizliyi yoxlanılır

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“2025-ci ilin sonundan etibarən işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənməmiş sahələrdə xüsusi dronlar vasitəsilə radiasiya təhlükəsizliyi yoxlanılır. Bu fəaliyyət Azərbaycanda ilk dəfə həyata keçirilir”.

Modern.az xəbər verir ki, bunu TV1-ə açıqlamasında Nüvə Tədqiqatları Departamentinin rəhbəri Cəlal Nağıyev deyib.

O bildirib ki, bu fəaliyyət Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyinin layihəsi çərçivəsində həyata keçirilir.

Dron texnologiyası ilə radiaktiv çirklənməyə məruz qalan ərazilər yoxlanılır.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından 400 şəxs mina terrorunun qurbanı olub, onlardan 70 nəfər həlak olub, 330 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daha ətraflı videomüsahibədə:

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
6
modern.az

10Sources