EN

Klopp "Liverpul"a mümkün qayıdışı barədə danışdı

BAKI, 20 oktyabr. TELEQRAF

İngiltərənin "Liverpool" klubunun keçmiş baş məşqçisi Yurgen Klopp komandaya mümkün qayıdışını istisna etməyib.

Teleqraf xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə DOAC podkastına müsahibəsində danışıb.

"İngiltərədə heç vaxt "Liverpul"dan başqa komandaya baş məşqçilik etməyəcəyəm. Əgər oraya dönsəm, bu, "Liverpul" olacaq. Nəzəri olaraq bu mümkündür. Hazırkı işimi bəyənirəm. Məşqçilik üçün darıxmıram. Üç saat yağışın altında dayanmaq və həftədə üç dəfə mətbuat konfransında iştirak etmək üçün heç darıxmıram", - deyə Klopp bildirib.

Qeyd edək ki, Yurgen Klopp 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olub. O, hazırda "Red Bull"un futbol departamentinə rəhbərlik edir.

Chosen
80
teleqraf.com

1Sources