EN

Rusiyadan qaçdı, İrəvanda meyiti tapıldı

Məişət zorakılığına görə Rusiyadan qaçan 23 yaşlı çeçen qadın Ayşat Baymuradovanın meyiti İrəvanda tapılıb.

NOCOMMENT.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 19-da DİN-in polis əməliyyat mərkəzinə vətəndaş zəng edərək İrəvanın Dəmirçyan küçəsində yerləşən kirayə mənzillərin birində qadın meyitinin tapılması barədə məlumat verib. Polisin əməliyyat-axtarış qrupları hadisə yerinə cəlb olunub. Meyitin 23 yaşlı Ayşat Baymuradovaya məxsus olduğu müəyyən edilib. O, oktyabrın 17-dən itkin düşüb”, – rəsmi məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, fakt üzrə ekspertizalar təyin edilib, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Bundan əvvəl fəal Daniil Çebikin özünün Telegram kanalında məlumat verib ki, Ayşat Baymuradova oktyabrın 15-də axşam gəzintisindən qayıtmayıb və zənglərə cavab vermir.

Xatirə SADİQ

Chosen
58
nocomment.az

1Sources