EN

Bakı və Astana arasındakı münasibətlər öz inkişafının zirvəsindədir - Qazaxıstanlı ekspert

Astana. Trend:

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər öz inkişafınınzirvəsindədir.

Bunu Qazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun ekspertiƏminə Kosbayeva Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəriərəfəsində Trend-inAstanaya ezam olunmuş xüsusi müxbirinə deyib.

“Əməkdaşlığın ən müxtəlif istiqamətlərini əhatə edən çoxsaylısazişlər bağlanıb. Xüsusilə magistral nəqliyyat marşrutlarısahəsində fəal işlər nəzərə çarpır – hər iki ölkə Orta Dəhlizininkişafında həlledici rol oynayır. Bu gün ikitərəfli münasibətlərstrateji tərəfdaşlıq xarakteri daşıyır,” - deyə o qeyd edib.

Kosbayeva vurğulayıb ki, ikitərəfli əməkdaşlığın potensialıböyükdür və bunu statistika da təsdiqləyir.

“2020-ci ildən bəri Azərbaycanla Qazaxıstan arasında ticarətdövriyyəsi 5 dəfə artıb. Bu, heyranedici nəticədir, hərçəndbəziləri bunu qeyri-kafi hesab edə bilər, belə ki, hər iki ölkəninməqsədi ticarət dövriyyəsini bir milyard dollara çatdırmaqdır.Bununla belə, bu məqsədə çatmaq üçün həm potensial, həm də imkanlarmövcuddur”, - deyə ekspert bildirib.

Kosbayeva əlavə edib ki, Azərbaycanın sənaye sektorundakı sabitartım ikitərəfli iqtisadi əməkdaşlıq üçün yeni perspektivləraçır.

“Xüsusilə səfər çərçivəsində Qazaxıstan-Azərbaycan biznesforumunun keçirilməsinin gözlənildiyini qeyd etməyə dəyər.Düşünürəm ki, bu tədbir dövlətlərarası səviyyədə əldə olunmuşrazılaşmaların praktik müstəviyə – hər iki ölkənin şirkətləriarasında real müqavilələrə və sazişlərə çevrilməsinə imkan verəcəkmühüm mərhələ olacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Chosen
82
1
az.trend.az

2Sources