Sumqayıt şəhərinin 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar 20.10.2025-ci il tarixdə saat 13:50-dən qaz təchizatı dayandırılıb.
 
 Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 
 Bildirilib ki, hazırda təmir-bərpa işləri görülür.
  
.jpg) 
                        