EN

“River Pleyt”: məğlubiyyət seriyası 4 oyuna çatdı!

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Argentina çempionatının Klausura (bağlanış) mərhələsinin 12-ci turundan sonra A qrupunda 4 komandanın şərikli liderliyi pozuldu, B qrupunda isə “Deportivo Riestra” 1-ci pillədəki yerini qorudu."Football-plus.az" xəbər verir ki, A qrupunda maraqla gözlənilən “Barrakas Sentral” - “Boka Xuniors” oyunu qonaqların baş məşqçisi Migel Anxel Russonun 69 yaşında vəfatına görə təxirə salındı. Bu zərurət hər iki komandanın cədvəldəki mövqeyinə mənfi təsir etdi: hesabat turu ərəfəsində şərikli liderlərdən olan “Boka Xuniors” 1-ci yerdən 4-ə, “Barrakas Sentral” isə 3-cü pillədən 6-ya düşdü.Tura şərikli liderlər kimi başlayan digər iki komandanın büdrəməsi diqqətdən yayınmadı. “Union”un mövqeyini qorumaq cəhdi uğursuz alındı. Leonardo Madelonun çalışdırdığı komanda səfərdə “Sentral Kordoba”dan xal ala bilmədi. 1:3 hesablı məğlubiyyət santa feliləri topların fərqinə əsasən 2-ci yerdən 5-ə saldı. “Sentral Kordoba” isə 9-cu yerdən 2-ci pilləyə yüksəldi.Tura topların fərqinə əsasən 4-cü yerdə başlayan “Estudiantes” də büdrədi. “Belqrano”nun qonağı olan “tələbələr” məğlubiyyətdən rəqib oyunçunun son dəqqələrdə topu öz qapısına yönəltməsi ilə qaça bildilər – 1:1. Qazanılan 1 xal “Estudiantes”i 3-cü yerə çıxardı.Tura hərəyə 16 xalla 5-7-ci yerləri bölüşməklə başlayan komandalardan “Tiqre” səfərdə “Nyuellz Old Boyz”dan 1 xal (1:1) alarkən, “Atletiko Urakan” “Aldosivi”yə məğlub oldu. Səfərdə iki cavabsız top buraxan vitse-çempion 8-ci yerə düşdü.Tur “Defensa y Xustisiya” üçün çox düşərli oldu. “Arxentinos Xuniors”a 1:0 hesabıyla qalib gələn Mariano Sosonun komandası vahid liderliyi ələ aldı. “Sarı-yaşıllar”ın cədvəldə 4 pillə yüksəlməsinə məlum təxirəsalma ilə iki şərikli liderin xal itirməsinin də təsiri oldu.B qrupunda 9-cu turdan sonra liderliyi ələ alan “Deportivo Riestra” yenə iki xal itirdi. Əvvəlki turda evdə “Veles Sarsfild” ilə 2:2 hesabına razılaşan Qustavo Benitesin komandası bu dəfə “Platense”dən səfərdə 1 xal aldı. Mövsümün Apertura (açılış) adlanan ilk mərhələsinin qalibi olan “Platense” ilə oyun 1:1 hesabıyla nəticələndi. Bu nəticə “Deportivo Riestra”nın 1-ci pillədəki yerini qorudu, son çempion isə 13-cü yerdə qaldı. Qeyri-sabit çıxışını davam etdirən Kristian Qonsalesin komandası pley-offa vəsiqə verən ilk “8-liy”ə düşmək şansını bir qədər də çətinləşdirdi.Liderin əsas izləyicisi “Veles Sarsfild” öz meydanında “Rosario Sentral”a uduzdu. 1:2 hesablı məğlubiyyət paytaxt komandasını 3-cü yerə saldı. Ehiyatda bir oyunu olan “Rosario Sentral”ın Klausurada uduzmayan yeganə komanda olduğunu qeyd edək. Əsas izləyicisi “Veles”in büdrəməsindən maksimum yararlandı. Autsayder “İndependyente” üzərində 2:0 hesablı qələbə “Lanus”u qrupda 2-ci yerə yüksəltdi. Maurisio Pelleqrinonun komandasını indi lider “Deportivo Riestra”dan yalnız bir xal geri qalır.Qrup mərhələsi sona yaxınlaşdıqca “River Pleyt” azarkeşlərini az qala dəlilik həddinə çatdırmaqda davam edir. Tura 4-cü yerdə başlayan ölkə nəhəngi dərin böhrandan heç cür çıxa bilmir. Xatırladaq ki, 9-cu turda səfərdə “Atletiko Tukuman”dan (0:2) xal ala bilməyən “River” liderliyini itirmişdi. Onda Klausurada ilk dəfə uduzan Marselo Qalyardonun komandası “Deportivo Riestra” (1:2) və “Rosario Sentral”a (1:2) qarşı növbəti oyunlarda da hesabına xal yaza bilməmişdi. Paytaxt təmsilçisi bu dəfə minimal hesabla “Sarmyento”ya uduzdu. Evdə ortabab rəqibindən xal belə ala bilməyən “milyonçular”ın çempionatdakı məğlubiyyət seriyası 4-ə çatdı! 5-ci yerə və liderdən 6 xal geri düşən “River”in Libertadores Kubokunda mübarizəni 1/8 finalda dayandırandan sonra psixoloji planda böyük zərbə aldığını qeyd etmək olar.qrup mərhələsi, 12-ci turSentral Kordoba - Union 3:1Qalvan, 35. Besotsi, 62. Perelyo, 90+5 – Kolaso, 79.Belqrano - Estudiantes 1:1N.Fernandes, 68 – Kompanyuççi, 90+4-öz qapısına.Defensa y Xustisiya - Arxentinos Xuniors 1:0Qutyerres, 47.Nyuellz Old Boyz - Tiqre 1:1Quç, 29 – Russo, 22.Aldosivi - Atletiko Urakan 2:0Quzman, 16. Serato, 90+3.Platense - Deportivo Riestra 1:1Salomon, 40 - A.Dias, 14.Veles Sarsfild - Rosario Sentral 1:2Lansini, 51 – Velis, 17. Malkorra, 90+7-p.İndependyente - Lanus 0:2Bou, 25. Kastilyo, 89.River Pleyt - Sarmyento 0:1Morales, 30.San Lorenso - San Martin San Xuan 0:1D.Qonsales, 77.İnstituto - Atletiko Tukuman 2:0Kordoba, 26. Lodiko, 82.Ximnasiya - Talyeres de Kordoba 1:2Merlini, 7 – Cirotti, 2. Şott, 90+3.Banfild - Rasinq 1:3Sepulveda, 90+3 – Sukulini, 26; 60. Balboa, 90+1.İndependyente Rivadaviya - Qodoy Krus 0:0“Barrakas Sentral” – “Boka Xuniors” oyunu təxirə salınıb.A qrupu1. Defensa y Xustisiya 12 5 4 3 13-10 192. Sentral Kordoba 12 4 6 2 15-10 183. Estudiantes 12 5 3 4 13-13 184. Boka Xuniors 11 4 5 2 18-8 175. Union 12 4 5 3 16-13 176. Barrakas Sentral 11 4 5 2 13-11 177. Tiqre 12 4 5 3 11-9 178. Atletiko Urakan 12 4 4 4 6-10 169. Arxentinos Xuniors 12 4 3 5 12-9 1510. Belqrano 12 3 6 3 11-9 1511. Rasinq 12 4 3 5 13-13 1512. Banfild 12 4 2 6 10-17 1413. İndependyente Rivadaviya 12 2 6 4 10-12 1214. Nyuellz Old Boyz 12 2 5 5 10-18 1115. Aldosivi 12 2 3 7 5-14 9B qrupu1. Deportivo Riestra 12 7 3 2 17-9 242. Lanus 12 7 2 3 13-9 233. Veles Sarsfild 12 6 4 2 17-9 224. Rosario Sentral 11 5 6 0 13-6 215. River Pleyt 12 5 3 4 18-12 186. San Lorenso 12 4 4 4 9-9 167. Atletiko Tukuman 12 4 3 5 13-13 158. Sarmyento 11 4 3 4 9-11 159. İnstituto 12 3 6 3 7-11 1510. San Martin San Xuan 12 3 5 4 9-11 1411. Talyeres de Kordoba 12 3 5 4 7-10 1412. Ximnasiya 12 4 1 7 8-14 1313. Platense 11 2 5 4 11-16 1114. Qodoy Krus 12 1 7 4 9-14 1015. İndependyente 11 0 6 5 6-12 6Bombardirlər: R.Martines (Platense) - 7, Kastilyo (Lanus), Di Mariya (Rosario Sentral), Qaloppo (River Pleyt), X.Errera (Deportivo Riestra) - 5.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
7
icma.az

10Sources