EN

Boliviyada keçirilən prezident seçkisinin qalibi bəlli oldu

Senator Rodriqo Paz Pereyra Boliviyada keçirilən prezident seçkisinin ikinci turunda qalib gəlib.

Oxu.Az-ın məlumatına görə, bu barədə rəqəmlər Cənubi Amerika ölkəsinin Ali Seçki Tribunalının dərc etdiyi nəticələrdə öz əksini tapıb.

Belə ki, Mərkəzçi Xristian-Demokrat Partiyasının namizədi seçicilərin 54.61%-nin dəstəyini qazanıb.

"Mən Rodriqo Paz Pereyranı Boliviyada ilk dəfə keçirilən tarixi ikinci tur nəticəsində prezident seçilməsi münasibətilə təbrik edir və onun hökumətinə uğurlar arzulayıram", - deyə hazırkı prezident Luis Arse "X" platformasında yazıb.

O qeyd edib ki, hakimiyyətin seçki ilə formalaşmış bir hökumətdən digərinə ötürülməsi son 28 ildə ilk dəfə baş verəcək.

"Cebheinfo.az" 

Chosen
20
5
cebheinfo.az

7Sources