EN

Avropa öz vətəndaşlarına İrana məxsus dronları sərgiləməklə onun təhlükəli olduğunu göstərmək istəyir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əvvəllər Avropa İrana yumşaq davranır, "hər şeyi danışıqlar yolu ilə həll edə bilərik" deyirdi. Bu gün İranın nüvə proqramı və dronları artıq Avropaya çox ciddi şəkildə təhlükə mənbəyi kimi görünməyə başlayıb. Britaniya hökuməti İranda artıq 70-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Eyni zamanda BMT-nin İran üzrə sanksiyalarının yenidən qüvvəyə minməsi çox ciddi məqamdır. Çünki burada əsas iştirakçı 3 Avropa dövləti - Britaniya, Fransa və Almaniya olub. Bu da onu göstərir ki, Avropa artıq İran təhdidini çox ciddi qəbul edir.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Shahed 136” dronunun nümayişi sanksiya siyasətinin Avropa tərəfindən həyata keçirilməsinin ictimai-siyasi əsaslandırılması kimidir: “Avropa ölkələri öz vətəndaşlarına İranın təhlükəli olduğunu göstərmək istəyir. Bu dronun parlamentdə sərgilənməsi ictimai "xəbərdarlıq" xarakteri daşıyır. Eyni zamanda Avropa vətəndaşlarına göstərmək istəyirlər ki, Avropanı təhdid edən məqamlar nədən ibarətdir. Avropa ictimai dəstəyi bu istiqamətdə formalaşmağa çalışır. Avropa özünümüdafiə sistemində büdcəsinin artırılması, silahların istehsalı və digər təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı bir legitimlik prosesini aparır. Çünki vətəndaşlar bilməlidir ki, vətəndaşların verdikləri vergi nəyə xərclənir və hara gedir”.

Sadiq İsabəyli

“Bilirsiniz ki, “Shahed 136” dronu ucuz istehsal olunan bir drondur. Deyilənlərə görə, 20-50 min dollar arasında hər biri xərc aparır. Bu dronların vurulmasında istifadə olunan silahların, ondan bir neçə qat baha başa gəlməsi məsələsi var. Ona görə də, buna hərtərəfli bir planın hazırlanması gərəkdir ki, bu kimi təhlükələrdən Avropa dövlətləri qoruna bilsin. Həm də yeni bir texnologiya və daha az maliyyətli olan silahlarla bu dronların vurulması məsələsi üzərində çalışırlar”-deyən siyasi şərhçi qeyd edib ki, bu proseslərin çoxu Ukraynada aparılsa da, ümumilikdə bununla bağlı çox ciddi işlərin görülməsi nəzərdə tutulur.

Sadiq İsabəyli bildirib ki, Avropada havadan müdafiə sistemində yenilik müzakirəsi gedir: “Bu, həm də onların uzunmüddətli müdafiəsini nəzərdə tutur. İqtisadi baxımdan Avropaya sərf etməsi də önəm daşıyır. Yəni Avropanın özünümüdafiə sisteminin formalaşdırılması məsələsi yeni nəsil strateji təhdidlər çərçivəsində müəyyənləşdirilməlidir. Və ona əsasən bir prosesin aparılması nəzərdə tutulur. Bu mənada sərginin keçirilməsinin əhəmiyyətini vurğulamaq üçün bu məsələ gündəmə gətirilir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
bizimyol.info

1Sources