Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qablaşdırmaya dair 12 yeni dövlət standartı qəbul edilib.
 
 Yeni standartların tətbiqi qablaşdırma tullantılarının zərərli təsirlərinin qarşısının alınması, o cümlədən təkrar istifadəsi və bərpasına şərait yaradacaq, ekoloji tarazlığın təmin edilməsinə töhfə verəcək.
 
                        