EN

Kaliforniya qubernatoru ABŞ rəhbərliyini ittiham etdi – “Ləyaqətsiz davranışdır”

Kaliforniya ştatının qubernatoru Gevin Nyucom ölkənin vitse-prezidenti Cey Di Vensi və prezident Donald Trampı “şou göstərmək üçün” insanların həyatını riskə atmaqda ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, qubernator bu barədə X sosial şəbəkəsində yazıb.

Onun fikrincə, Ağ Ev ənənəvi olaraq Demokratlar Partiyasını dəstəkləyən ştatı qorxutmaq istəyir.

“Prezident ictimai təhlükəsizliyə məhəl qoymayaraq, öz eqosunu məsuliyyətdən yuxarı qoyur. Razı olmadığınız insanları qorxutmaq üçün silahlı qüvvələrdən istifadə etmək gücün deyil, düşüncəsizliyin, hörmətsizliyin təzahürüdür və vəzifədə olanlar üçün ləyaqətsiz davranışdır. Qanun və nizam-inizam? Bu, xaos və dərəbəylikdirr”, – deyə qubernatorun bəyanatında deyilir.

CBS News xəbər verir ki, həftə sonu məşhur magistralın bir neçə saatlıq bağlanması sakinlər və dövlət rəsmiləri arasında hiddət doğurub. San Dieqo və Orange rayonlarını birləşdirən yolda hər gün təxminən 80.000 avtomobil hərəkət edir.

Qeyd edək ki, Gevin Nyusom Demokrat Partiyasının liderlərindən biridir.

Xatirə SADİQ

Chosen
54
nocomment.az

1Sources