EN

Rumıniya və Bolqarıstanda NATO təlimləri başlayır

ain.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniya və Bolqarıstanda NATO-nun çoxmillətli “Dacian Fall 2025” adlı genişmiqyaslı hərbi təlimi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Təlimlərdə 10 üzv ölkədən - Belçika, Bolqarıstan, İspaniya, İtaliya, Lüksemburq, Polşa, Portuqaliya, Rumıniya, Şimali Makedoniya və Fransadan 5000-dən çox hərbçi və 1200 ədəd hərbi texnika iştirak edir.

Manevrlər oktyabrın 23-dən noyabrın 1-dək davam edəcək və Rumıniya ilə Bolqarıstandakı NATO döyüş qruplarının briqada səviyyəsinə qədər genişləndirilməsi prosesində son mərhələ sayılır.

Cənub-Şərq Çoxmillətli Diviziya Komandanlığının planlaşdırdığı təlimlərin əsas məqsədi, şərq cinahda NATO qüvvələrinin inteqrasiyasını və birgə əməliyyat imkanlarını gücləndirməkdir.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, Cənub-Şərq Diviziyası 2015-ci ildə yaradılıb və onun missiyası Rumıniya və Bolqarıstan ərazilərində kollektiv müdafiə əməliyyatlarını əlaqələndirməkdir.

Xatırladaq ki, Rumıniyada yerləşən NATO-nun İrəli Quru Qoşunlarının Döyüş Qrupu (FLBG) 2022-ci ildə Ukraynadakı münaqişə fonunda qurulub və hazırda Fransa, Belçika, Lüksemburq və İspaniyadan təxminən 1700 əsgər burada xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
operativmm.az

2Sources