EN

"Neftçi"nin futbolçusu Abubakarın gəlişindən danışdı

BAKI, 20 oktyabr. TEIEQRAF

“Sevincliyik ki, belə təcrübəli hücumçu komandamıza gəlib. Gözləyirik. Köməyi dəysə, sevinərik”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin və Azərbaycan millisinin üzvü Elvin Bədəlov deyib.

30 yaşlı müdafiəçi Vensan Abubakar kimi təcrübəli hücumçunun komandaya qoşulmasının düşərgədə müsbət ab-hava yaratdığını bildirib:
“Xoş oldu. Səbirsizliklə gözləyirik, inanırıq ki, məşq və oyunlarda bizə kömək edəcək. Ümumilikdə, onu yaxşı qarşıladıq”.

Bədəlov Azərbaycan Premyer Liqasının VIII turunda “Palms Sport Arena”da “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə də fikirlərini bölüşüb:
“Çətin oyun oldu. Əslində, matça yaxşı başladıq, qol vəziyyətlərimiz çox idi. Qoldan sonra bir az geri çəkildik, bu da məncə bizə mənfi təsir etdi və nəticədə qol buraxdıq. İkinci hissədə oyunu dəyişmək istədik, amma ani diqqətsizlik nəticəsində qapımızda ikinci qolu gördük. Bu oyunda iki xal itirdik. Artıq hər oyun eyni sözü deməkdən bezmişik. Reallıq budur”.

Müdafiəçi “Qəbələ” və “Kəpəz” oyunlarından gözləntilərini də açıqlayıb: “Maksimum nəticə gözləyirəm. Hər iki oyunda qələbə qazanmaq istəyirik. Əgər belə olsa, “Qarabağ”la oyuna böyük motivasiya ilə çıxa bilərik”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının IX turunda oktyabrın 26-da səfərdə “Qəbələ” ilə qarşılaşacaq.

Chosen
95
teleqraf.com

1Sources