EN

Xəzərdə külək enerjisinin ixracına 2032-dən başlanması planlaşdırılır

Bakı. Trend:

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisipotensialının qiymətləndirilməsi istiqamətində ölçmə və müşahidəişləri aparılır, müvafiq dəniz akvatoriyalarının bərpa olunanenerji zonaları kimi müəyyənləşdirilməsi üzrə fəaliyyətlər davametdirilir.

Trend xəbərverir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 OktyabrEnergetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “AzərbaycanRegional Enerji Qovşağına Çevrilir” adlı məqaləsindəbildirilib.

Qeyd edilib ki, həmçinin “ACWA Power”, “Masdar” və “SOCAR Green”şirkətlərinin birgə yaratdığı “Caspian Breeze” Konsorsiumu, eləcədə “China Energy Overseas Investment Co., Ltd.”, “China DatangOverseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited”şirkətləri ilə əməkdaşlıq edilir: “Planlaşdırılan 6 QVt-dan çoxgücün 4 QVt-nın 2032-ci ildən etibarən mərhələli şəkildə“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixracınabaşlanması planlaşdırılır. Avropanı enerji və rəqəmsalkommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə dəXəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadiəsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir.Birgə Müəssisə - “GECO Green Energy Company” tərəfindən layihəninAvropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E)10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün müraciətolunub. Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və OrtaqMaraqlı Layihələr) statusunun əldə edilməsi üçün müraciətediləcək”.

Chosen
108
1
az.trend.az

2Sources