EN

Gəncədə maşın piyadanı vurub öldürdü

Gəncədə piyadanı avtomobil vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən qadını vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
108
43
unikal.az

10Sources