EN

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 16%-ə yaxın artıb

Bakı. Trend:

Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırdaölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 9732,5 MVt-a çatıbki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 MVt və ya15,6 faiz artım deməkdir.

Trend xəbərverir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 OktyabrEnergetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “AzərbaycanRegional Enerji Qovşağına Çevrilir” adlı məqaləsindəbildirilib.

“Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazınən böyük enerji müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1880 MVt gücündə “8 Noyabr” Elektrik Stansiyasının istismaraverilməsinin mühüm rolu vardır. Mingəçevirin yalnız Azərbaycanındeyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyinigücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin vəİtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikadabeynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir”, - məqalədə qeydedilib.

Bildirilib ki, elektroenergetika sistemində hazırda ümumi gücü7903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,5 MVt-lıq 65 suelektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası,63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərkməişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan3 hibrid elektrik stansiyası fəaliyyət göstərir: “Su elektrikstansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrəelektrik stansiyalarının gücü 1 829,6 MVt-dır ki, bu da ümumiistehsal gücünün təxminən 18,8 faizini təşkil edir. Bu dövrdəgenerasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714MVA-a çatıb”.

Chosen
22
az.trend.az

1Sources