EN

İlon Maskın atası Qərb kanallarını tənqid etdi

BAKI, 20 oktyabr. TELEQRAF

İlon Maskın atası Errol Mask çıxışında CNN və BBC-ni sərt tənqid edib.

Teleqraf xəbər verir ki, onun çıxışını RT yayımlayıb.

Errol Mask bildirib ki, bu kanallarda yayımlanan proqramların keyfiyyətsizliyi səbəbindən onları izləyə bilmir.

"Mən CNN və BBC kimi kanallarda heç nə izləyə bilmirəm. Orada tam mənasız və gülünc materiallar təqdim olunur", – deyə o vurğulayıb.

Mask əlavə edib ki, bu kanallar auditoriyanı "axmaq" hesab edir.

Chosen
106
teleqraf.com

1Sources