Füzulinin Qarakollu kənd sakini 32 il sonra doğma torpağa, ata yurduna səfər edib.
Publika.az xəbər verir ki, 90 yaşlı Məhluqə Məcidova ailə qurduqdan sonra Astaraya gəlin köçüb.
Daha sonra işğal illərinə təsadüf etdiyindən ata ocağına gedə bilməyib.
Deyir ki, illərlə buraya gəlməyin xəyalını qurub:
“Bəlkə də ata-anam hiss edir ki, qızları gəlir ata yurduna”.
 
                        