EN

“Qələbə də qazana, məğlub da ola bilərdik” Elmar Baxşıyev

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli premyer-liqasının 8-ci turunda “Araz-Naxçıvan” səfərdə “Neftçi” ilə heç-heçə etdi - 2:2. Qonaqların baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.- Maraqlı və dinamik oyun oldu. Meydançada yaxşı mübarizə getdi. Yaxşı komandaya qarşı oynayırdıq. Komanda şəklində yaxşı iş ortaya qoyduq. Qələbə də qazana, məğlub da ola bilərdik.- Rahil və Bəxtiyar zədəlidi. Qışda bu mövqeyə transfer ola bilər?- O mövqeyə köklənməmişik. Qışa çox var. Bu mövqedə sıxıntımız olsa, ola bilər. Futbolçularım universaldı.- Hakimlə 2-ci qolu müzakirə edirdiz?- Oyun epizodudu, normal qəbul edirik.- Patrik Andrade sanki zəif oyun göstərir…- Belə düşünmürük. Böyük futbolçudu.- Naxçıvana getmişdiz. Bu ora köçməyə mesaj idi, yoxsa görüşmək üçün idi?- Bu görüş çoxdan nəzərdə tutulmuşdu. Oyunları sıxlığı bu səfəri təxirə salmışdı. Faydalı görüş oldu. Komanda şəhəri görməkdən məmnun oldu. Naxçıvana qayıtsaq, böyümək ehtimalımız genişlənər. Yaxın zamanda Naxçıvanda ev oyunlarımızı keçirə bilərik.- Patrikin şərəfini qoruduğu Kabo Verde yığması mundiala vəsiqə qazanıb, amma o, heyətdə yoxdu. Bu ona mənfi təsir etməyib?- Yox. O da ölkəsinin mundiala vəsiqə qazanmasına sevinir. Mənfi təsir etdiyini hiss etmirik. “Araz-Naxçıvan”a köklənib.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
1
icma.az

2Sources