EN

Hakan FidanAİ-nin ali nümayəndəsi ilə görüşüb

Ajans.az "TRT Haber"ə istinadən xəbər verir ki, görüş Hakan Fidanın Aİ Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda keçiriləcək xarici işlər nazirlərinin iclasında iştirak üçün getdiyi Lüksemburqda baş tutub. Görüşün təfərrüatları açıqlanmayıb. Qeyd edək ki, oktyabrın 20-də Lüksemburq şəhərində baş tutacaq sözügedən iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.
Chosen
57
4
Ajans.az

7Sources