EN

Şəhid gizirin xatirəsi yad edilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhid gizir Abdurahmanlı Sübhan Mahir oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə Aznews.az-a Müdafiə Nazirliyindən bildirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.

Chosen
29
15
aznews.az

5Sources