EN

Zelenski: Biz Rusiyaya heç nə verməyəcəyik

BAKI, 19 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın tələb etdiyi "Donetsk Xalq Respublikası" ərazisindən Ukrayna qoşunlarının çıxarılmasını rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yayımlanan video-müraciətində bildirib.

“Biz Rusiyaya heç nə verməyəcəyik”, –Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, o, Baş Qərargah rəisi ilə cəbhədə atılacaq addımları və Rusiyaya qarşı uzaqmənzilli zərbələri müzakirə edib. Zelenski bildirib ki, Ukrayna ordusu “hər iki gündə bir” Rusiyanın neft sənayesi obyektlərini hədəfə alır.

Chosen
86
2
teleqraf.com

3Sources