EN

Luvr qarət edildi

Fransada naməlum şəxslər Luvr muzeyinə girərək imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlayıblar.

Demokrat.az xəbər verir ki, bu haqda “Le Parisien” məlumat yayıb.

Məlumata görə, hazırda təmir işləri aparılan məşhur muzeyə üç oğru daxil olub. Onlar Apollon Qalereyasına girmək üçün yük liftindən istifadə edib, pəncərəni sındırıb və içəri giriblər. Onlar boyunbağı, broş və bir neçə başqa əşya da daxil olmaqla doqquz zinət əşyası oğurlayıblar.

Chosen
48
3
demokrat.az

5Sources