EN

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

İsti mövsümdən soyuq mövsümə keçid həmişə orqanizm üçün sınaq olur. Dəyişkən hava, temperatur dəyişiklikləri və immun sisteminə artan yük insanı xüsusilə həssas edir.

Demokrat.az bu barədə "Quanmin jibao" nəşrinə istinadən xəbər verir.

Pekin Ənənəvi Çin Təbabəti Universiteti nəzdində xəstəxananın onkologiya şöbəsinin baş həkimi Çjen Syueçji orqanizmin müdafiə qüvvələrini necə gücləndirmək və soyuq mövsümü xəstəliksiz keçirmək barədə məlumat verib.

Onun sözlərinə görə, soyuq mövsümdə orqanizm aktiv stimulyasiyaya deyil, qayğıya ehtiyac duyur: "İstirahət rejiminə riayət etmək zəruridir: erkən yatmaq və Günəşin ilk şüaları ilə qalxmaq lazımdır. Tam yuxu güclü immunitetin təməlidir".

Chosen
47
2
demokrat.az

4Sources