EN

İrəvanda həbsdə olan Samvel Karapetyana dəstək aksiyası keçirilir

BAKI, 18 oktyabr. TELEQRAF

İrəvanda həbsdə olan biznesmen Samvel Karapetyana dəstək aksiyası keçirilir.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, mitinq Ermənistan paytaxtının mərkəzindəki Azadlıq meydanında baş tutur.

"Bu mitinq Samvel Karapetyanın və həbs edilən keşişlərin azad edilməsi tələbi ilə çağırılıb. Onlar siyasi məhbusdur", - hərəkat bildirir.

Mitinqdən sonra onun nümayəndələri Karapetyan və həbs edilmiş arxiyepiskoplar Mikael və Baqratın saxlandığı Milli Təhlükəsizlik Xidmətinin binasına getməyi planlaşdırır.

Erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-nə keçən gecə saxlanılıb.B undan əvvəl o, Ermənistan hakimiyyətinin baş nazir Nikol Paşinyanı qəzəbləndirən hücumlarından sonra Erməni Apostol Kilsəsinə dəstək verdiyini bildirib.

Chosen
59
teleqraf.com

1Sources