EN

Husilər BMT nin ofisinə basqın etdilər

Bakupost saytına istinadən ain.az xəbər verir.

Yəməndə fəaliyyət göstərən “Ənsarallah” Hərəkatı (Husilər) Sənada BMT-nin bir neçə əməkdaşını saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Səudiyyə Ərəbistanı telekanalının məlumatına görə, husilərin təhlükəsizlik qüvvələri öz nəzarətlərində olan ərazilərdə fəaliyyətini davam etdirən BMT-nin ofislərindən birinə basqın edib. Mənbə saxlanılanların dindirilmək üçün aparıldığını iddia edir. Onların mobil telefonları və digər rabitə vasitələri də müsadirə olunub.

BMT-dəki mənbə telekanala bildirib ki, son iki gündə husilərin Sənada beynəlxalq təşkilatlara hücumları artıb.(Teleqraf)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
www.bakupost.az

2Sources