EN

Mirzoyan: “Azərbaycanla sülh sazişi ilə bağlı rəsmi Moskva müsbət reaksiya verib”

“Azərbaycanla sülh sazişi, sülhün bərqərar olması, nəqliyyat əlaqələrinin qurulması məsələlərində biz rəsmi Moskvanın müsbət açıqlamalarını gördük”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla gələcək sülh sazişi ilə bağlı Rusiyanın reaksiyası barədə açıqlamasında deyib.

“Bir çox məsələlərdə Ermənistan və Rusiya razılığa gəlib. Eyni zamanda, hələ də bir çox digər məsələlərdə ortaq mövqeyə gəlməmişik. Sülh sazişi, sülhün bərqərar olması, nəqliyyat əlaqələrinin qurulması məsələlərində biz rəsmi Moskvanın müsbət açıqlamalarını gördük.

Həmçinin Rusiya rəsmiləri nəqliyyat layihələrinə dəstək verməyə və onlarda iştirak etməyə hazır olduqlarını ifadə ediblər”, – deyə nazir qeyd edib.

Bizim.Media

Chosen
27
1
bizim.media

2Sources