ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın günlərdə Budapeştdə keçiriləcək görüş böyük ehtimalla Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli formatda baş tutacaq.
Bununla belə, Ukrayna prezidenti Volodimir Zelenskinin müzakirələrə başqa formatda – onlayn şəkildə qoşulması istisna olunmur.
Editor.az xəbər verir ki, UNİAN-ın məlumatına görə, Tramp bu açıqlamanı Ağ Evdə Zelenski ilə görüşə başlamazdan əvvəl verib. O, Ukrayna prezidentini “güclü lider” adlandırıb və qeyd edib ki, görüş zamanı Rusiya lideri ilə dünənki telefon danışığının detallarını müzakirə edəcəklər.
//Samir Qurbanov, Editor.az