EN

Azərbaycandan meyvə tərəvəz ixracı ötən ilə nisbətən 31 faiz artıb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan 2025-ci ildə 2024-ün eyni dövrü ilə müqayisədə 31 faiz daha çox meyvə və tərəvəz ixrac edib.

Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan dəyəri 602 056.01 min dollar olan 573 895.45 ton meyvə və tərəvəz ixrac edib.

Ötən ilin həmin dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 134 756.69 ton və ya təxminən 30.7%, dəyər baxımından isə 143 289.2 min dollar və ya 31.2% artım göstərib.

2024-cü ilin yanvar-sentyabrında ixrac həcmi 439 138.76 ton, dəyəri isə 458 766.81 min dollar olub.

Aqil Vəlili

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
72
3
oxu.az

4Sources