"Mədəniyyət və mədəni dəyərlər Azərbaycanın formalaşmasında və inkişafında əsas rol oynayıb"
Mədəniyyət dəyərlərinin zənginliyindən və təsir gücündən bu gün dövlət idarəçiliyində, ictimai münasibətlərdə və beynəlxalq əlaqələrdə geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, mədəniyyət və mədəni dəyərlər Azərbaycan dövlətinin formalaşmasında və inkişafında əsas rol oynayıb.
Demokrat.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasında söyləyib.
O bildirib ki, Azərbaycan həm milli mədəniyyətini qoruyur, həm də müasir qlobal mədəni proseslərin fəal iştirakçısına çevrilir, multikulturalizmin inkişafını təmin edir.