EN

Qurban Qurbanovun biznesi: Nə satır?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.

 

Editor.az  sport1.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.

Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş etmək olur.

Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.

Bir müddət öncə mediada Q.Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Məsələnin əsli isə başqadır. “Şəfa” klubu Qurbanovun şirkətindən “Jako” formaları, idman dəstləri şifariş verib, geyimlərin çatdırılması gecikib. Buna görə də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya verməli olub.

Chosen
31
37
editor.az

10Sources