BAKI, 17 oktyabr. TELEQRAF
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dünyanın müxtəlif bölgələrində insan fəaliyyəti və təbii fəlakətlər nəticəsində yaranmış vəziyyətlərdə işləyib. Azərbaycanda güclü liderliyə əsaslanan aydın bir baxış, analitik təhlil üzərində qurulmuş hərtərəfli planlaşdırma və bu planların icrası müşahidə olunur.
Bu barədə bu barədə Teleqraf-a açıqlanasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regionlararası Məsləhətçisi Katya Şefer bildirib.
O qeyd edib ki, Qarabağda müstəsna şəraitdə hər addımdan öyrənmək və uyğunlaşmaq bacarığı mövcuddur:
“Düşünürəm ki, bu yanaşma digər ölkələr üçün də qlobal öyrənmə nümunəsi ola bilər".
Katya Şefer əlavə edib ki, “UN-Habitat” Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün “Yeni Şəhərsalma Gündəliyi”ni əsas vasitə kimi təşviq edir:
“Bu baxımdan, Azərbaycan bu yanaşmanı tam şəkildə mənimsəyir. Əslində, çox vacib məsələ budur ki, Qarabağda aparılan bərpa və yenidənqurma işləri ölkə üzrə balanslaşdırılmış inkişaf konsepsiyası ilə necə uzlaşır. Yeni Şəhərsalma Gündəliyi milli şəhərləşmə siyasətinin bu balanslaşdırılmış inkişaf aspektlərini özündə əks etdirməsini tövsiyə edir. Bu, həm uyğun şəhər qanunvericiliyinə, həm də şəhər planlaşdırması və dizaynına diqqət yetirilməsini nəzərdə tutur.
Əlbəttə, maliyyələşdirmə tərəfi də çox önəmlidir — yəni hazırlanan planların icrasını dəstəkləmək və həyata keçirməyi təmin etmək. Planların icrasından öyrənmək və həmin təcrübə əsasında gələcək siyasətləri formalaşdırmaq da vacibdir.
Düşünürəm ki, Azərbaycan bu sahədə yaxşı nümunələr göstərir, eyni zamanda, digər ölkələrin milli şəhərləşmə siyasətlərinin bu kontekstdə tətbiqi, mənzil məsələsinin bu müzakirələrin mərkəzinə qoyulması və bütün bunların gələn il Bakıda keçiriləcək Dünya Şəhər Forumu çərçivəsində nümayiş etdirilməsi üçün də ilhamverici təcrübələrdən yararlana bilər”.