EN

Qurban Qurbanov yeni biznes qurub – KİV


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sport1.az məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti açıb.
Xəbərdə qeyd olunub ki, yeni açılan şirkət “Adidas”, “Joma”, “Jako” markalarının Azərbaycanda rəsmi distributorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş vermək olur.
Həmçinin yazılıb ki, artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurban Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.
Chosen
24
4
yeniavaz.com

10Sources