EN

Milli Məclisdə Ramiz Mehdiyevə XİDMƏT EDƏN XAİNLƏR VAR - Fəzail Ağamalıdan SENSASİON AÇIQLAMA

Ajans.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri  "TV Musavat"ın canlı efirində AVP sədri Fəzail Ağamalı deyib. O, bir çox sensasion açıqlamalar verib. F.Ağamalı qeyd edib ki, bu şəbəkənin izləri Müdafiə Nazirliyində, prokurorluq sistemində də hazırda qalmaqdadır: "Dövlət Təhlükəsizliyi Xidmətində bunun olduğuna inanmıram. Çünki hörmətli Əli Nağıyev o quruma rəhbərlik etdikdən sonra, orada tam təmizləmə işləri getdi. Əks kəşfiyyatda, onun rəhbəri də eyni şəkildə - gənc şəxsdir, Azərbaycanın müstəqilliyi dövründə yetişmiş insandır. Onun da dövlətimizə bağlılığına tam əminəm. Amma unutmamalıyıq ki, prokurorluq sistemində və Daxili İşlər Nazirliyində hələ də həmin şəbəkəyə bağlı şəxslər mövcuddur. Onlar müəyyən məlumatlar toplayır, təlimatlar alır və lazımi yerlərə ötürürlər. Bu, dövlət üçün təhlükəli vəziyyət yaradır və ciddi nəticələrə səbəb ola bilər". Partiya sədri bildirib ki, Azərbaycan bu vəziyyətdən çıxacaq, sistem tam təmizlənəcək:

"Biz bir vaxtlar İran istiqamətində də oxşar təzyiqlər göstərmişdik və orada müəyyən nəticələr əldə olunmuşdu. Bütün bunlara baxmayaraq, bu proses davam edir və mən əminəm ki, Azərbaycan dövlətçiliyi bu şəbəkələrdən tam azad olacaq. Bununla belə, Rusiyanın bu məsələdə hələ də müəyyən təsir imkanlarını saxladığını da nəzərdən qaçırmaq olmaz".

Chosen
37
5
Ajans.az

6Sources