Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, sözünə davam edərək bildirib ki, məhz Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu. “Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin gedişində şanlı ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında daim xüsusi olaraq vurğulayır ki, bu günə görə biz hamımız şəhidlərimizə borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Məhz bu qəhrəmanlıq və fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir. Bu qəhrəmanlığın əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar.”
10Sources
-
sabahinfo.azKamaləddin Qafarov: “ Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” ( 22488061)
-
1news.azKamaləddin Qafarov: “ Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” ( 22486822)
-
ikisahil.azKamaləddin Qafarov: “ Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” ( 22486471)
-
day.azGənclərin öz doğma torpaqlarınaqayıtmaları qürurverici haldır - Kamaləddin Qafarov ( 22486441)
-
veteninfo.azKamaləddin Qafarov: “ Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” ( 22486402)
-
demokrat.az“ Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” ( 22486228)
-
az.trend.azGənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır - Kamaləddin Qafarov ( 22485820)
-
moderator.az“Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” - Kamaləddin Qafarov ( 22485439)
-
manset.az“Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” - Kamaləddin Qafarov ( 22485415)
-
milli.azKamaləddin Qafarov: “Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır” ( 22485232)