EN

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır - Kamaləddin Qafarov

Bakı. Trend:

30 illik işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindənAzərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiəistehkamları yaradılmışdı. Hərbi mütəxəssislərin fikrincə, Füzulirayonu istiqamətində xüsusilə möhkmləndirilmiş istehkamlar daha çoxidi.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O, sözünə davam edərək bildirib ki, məhz Füzulinin azad olunmasımüharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsirgöstərə bilərdi və bu, belə də oldu. “Ermənistanın təxribatlarınacavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətənmüharibəsinin gedişində şanlı ordumuzun qəhrəman döyüşçüləriistehkamları öz canları və qanları bahasına keçərək oktyabrın 17-dəFüzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli,İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər.Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev özçıxışlarında daim xüsusi olaraq vurğulayır ki, bu günə görə bizhamımız şəhidlərimizə borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizimyaddaşımızdan heç vaxt silinməməlidir. Məhz bu qəhrəmanlıq vəfədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsasamildir. Bu qəhrəmanlığın əbədiləşdirilməsi məqsədilə 2020-ci ilnoyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsisedildi. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları iləFüzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüşəməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayişetdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbiqulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltifolunublar.”

Millət vəkili Böyük Qayıdış Proqramının hazırda işğaldan azadedilmiş bütün ərazilərdə olduğu kimi, Füzuli rayonunda da uğurlaicra olunduğunu diqqət mərkəzinə çəkib: “Bu gün Böyük QayıdışProqramının uğurlu icrasını artıq bütün dünya böyük diqqətlə vəheyranlıqla izləyir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuşbütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şəraityaradılır. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün gəncfüzulililərin də öz doğma torpaqlarına qayıtmaları son dərəcəqürurverici hadisədir. Həqiqətən də uşaq, yeniyetmə və gənclərin butorpaqları heç zaman görmədikləri halda belə bir qərar vermələribir çox önəmli məqamlardan xəbər verir. Bu, xalqımızın böyüklüyünüvə doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki,Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir vəsarsılmazdır. Bu gün bütün xalqımız 17 oktyabr-Füzuli Şəhəri Gününüböyük fərəh hissi ilə qeyd edir. Cənab Prezident İlham Əliyevinmüvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azadedilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi də busarsılmaz bağlılığın daha bir təzahürüdür”.

Chosen
23
14
az.trend.az

10Sources