EN

Ruslar bu ölkədən kütləvi şəkildə deportasiya edilir?

Latviya hakimiyyəti rusların ölkədən kütləvi şəkildə deportasiyasını həyata keçirməyi planlaşdırmır.

"Ölkə.az" xəbər verir ki, daxili işlər naziri Rihards Kozlovskis Rusiya vətəndaşlarının kütləvi şəkildə ölkədən çıxarılması ilə bağlı məlumatları təkzib edib.

"Biz heç bir kütləvi deportasiya yoxdur. Ayrı-ayrı hallar var və onlar çox güman ki, davam edəcək. Lakin hər bir belə qərar ayrı-ayrılıqda veriləcək", - deyə nazir bildirib.

Nazir həmçinin 500-ə yaxın rusiyalının ölkədən deportasiya oluna biləcəyini də etiraf edib. O qeyd edib ki, bunlar Latviya dili imtahanından keçmək tələbinə məhəl qoymayan və müvəqqəti yaşamağa görə icazə almaq üçün rəsmi orqanlara müraciət etməyənlərdir.(Publika.az)

Chosen
114
1
olke.az

10Sources