EN

Azərbaycan Qəzzadakı sülhməramlı missiyada iştirak edə bilər - KİV

Azərbaycan, Pakistan və İndoneziya Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizəd ölkələrdir.

Missiya.Az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ hərbi rəsmisi “Politico” nəşrinə müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib. Lakin məsələ ilə ən çox maraqlananlar yuxarıda adıçəkilən ölkələrdir.

Mənbə qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planına uyğun olaraq, Amerika bölgəyə müvəqqəti stabilləşdirici qüvvələr göndərəcək və bu qüvvələr Fələstində polislərə təlimlər keçəcək. 

Daşqın HəsənovMissiya.Az

Chosen
28
1
missiya.az

8Sources