EN

Türkiyə 2026-cı ildə müdafiə xərclərinə 2 trilyon 155 milyard lirə ayırıb

Türkiyə 2026-cı ildə müdafiə xərclərinə 2 trilyon 155 milyard lirə ayırıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

Cevdet Yılmaz milli gəlirin bu il 62,2 trilyon lirə olacağının proqnozlaşdırıldığını vurğulayıb.

Növbəti ilin büdcəsində müdafiə sahəsinə ayrılacaq vəsait də müəyyənləşib.

“Müdafiə xərcləri üçün 1 trilyon 202 milyard lirə, daxili təhlükəsizlik üçün isə 953 milyard lirə olmaqla, ümumilikdə 2 trilyon 155 milyard lirə vəsait nəzərdə tuturuq”, – Yılmaz qeyd edib.

Chosen
133
5
apa.az

6Sources