EN

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoruAnaklaudia Rossbaxı qəbul edib.

Trend xəbərverir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən IIIAzərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminətoxunuldu.

Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyinideyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktualmüzakirələrin aparıldığını vurğuladı.

Azərbaycan-UN-Habitat tərəfdaşlığı çərçivəsində ölkəmizdəindiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyiməmnunluqla qeyd edildi.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındaaparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunuldu,işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizininşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğubildirildi.

Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllümaliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görətəşəkkürünü bildirdi. O, COP29-un ölkəmizdə uğurla keçirildiyinivurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiyafəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanıntəşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğuladı.

Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş MillətlərTəşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya ŞəhərsalmaForumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafındafikir mübadiləsi aparıldı. Digər mötəbər beynəlxalq tədbirlər kimibunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasındaəməkdaşlığın perspektivləri müzakirə edildi.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Chosen
75
49
az.trend.az

10Sources