EN

Sumqayıt, Gəncə və Şəmkir kimi şəhərlər Azərbaycanın urbanizasiya siyasətində mühüm rol oynayır - Katya Şefer

Xankəndi.Trend:

2050-ci ilə qədər dünya əhalisinin 68 faizinin şəhərlərdəyaşayacağı proqnozlaşdırılır. Azərbaycanın Abşeron yarımadası daimkanların çoxluğu səbəbindən əhalini cəlb edir.

Trend xəbərverir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)Regionlararası Məsləhətçisi Katya Şefer Xankəndidə keçirilən IIIMilli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.

O bildirib ki, bu potensialı regionlara da yaymaq lazımdır.Bakının kənarlarında torpaq, su və tullantı problemləri yaranır vəbunlar insanların sağlamlığına təsir edir. Bu səbəbdən şəhər vəətraf ərazilərin inteqrasiyası vacibdir.

"Azərbaycanın urbanizasiya siyasəti çərçivəsində, Sumqayıt,Gəncə və Şəmkir kimi şəhərlər mühüm rol oynayır. Bu şəhərlərinfunksional rolu və inkişaf istiqamətləri müəyyən edilməlidir", -deyə o bildirib.

Chosen
36
az.trend.az

1Sources