EN

Emin Hüseynov: Ağdam azad edilmiş ərazilərin ən böyük şəhərinə çevriləcək

Azad edilmiş ərazilərdə bərpa prosesi vahid baş plan əsasında aparılır.

Bunu Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O deyib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri vahid baş plan konsepsiyası əsasında həyata keçirilir:

“Son beş ildə baş verən proseslərin şahidi olmaq, Qarabağda bərpa prosesinin bir parçası kimi çıxış etmək böyük qürurdur".

Emin Hüseynovun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarını əhatə edən 2,7 min kvadratkilometrlik ərazi 13,6 min kvadratkilometrlik azad edilmiş torpaqların ən fəal bərpa olunan hissəsidir.

O bildirib ki, bərpa prosesi beş mərhələdən ibarətdir – baş planlaşdırma, minalardan təmizləmə, infrastrukturun yaradılması, sosial-iqtisadi obyektlərin qurulması və Böyük Qayıdış:

Chosen
38
8
aznews.az

9Sources