BAKI, 16 oktyabr. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban iki ölkə arasında iqtisadi əməkdaşlığı müzakirə etmək ümidi ilə tezliklə ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Mandiner jurnalına müsahibəsində deyib.
O bildirib ki, görüşün vaxtı və mövzuları artıq 80% razılaşdırılıb.
"Qalan 20 faizlə bağlı amerikalılarla razılığa gələ bildiyimiz zaman görüşü elan edəcəyik", - Orban deyib.
Qarşıdan gələn danışıqların gündəliyində hansı əsas mövzuların olduğu ilə bağlı suala baş nazir "iqtisadiyyat" cavabını verib. O, Macarıstanın Bayden administrasiyasının uzatmaqdan imtina etdiyi Birləşmiş Ştatlarla ikiqat vergitutma müqaviləsinin yenilənməsində xüsusilə maraqlı olduğunu bildirib. Bu saziş işgüzar əməkdaşlığın və investisiyaların inkişafı üçün vacibdir.