“Expressbank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 60,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon manat (22,2%) artımdır.
Bu artımın əsas səbəbi, müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu maddə 57,9 milyon manata yüksəlib ki, bu da illik 11,7 milyon manat (25,4%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 539,4 min manat olub. Bu da illik 126,9 min manat (30,7%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri isə 274,1 min manat təşkil edib.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1,7 milyon manat, digər faiz gəlirləri isə 216,4 min manat təşkil edib.