EN

ABŞ Senatı respublikaçıların hökumət maliyyələşməsi layihəsini yenə rədd etdi

BAKI, 15 oktyabr. TELEQRAF

ABŞ Konqresinin Senatı son həftələr ərzində respublikaçılar tərəfindən təqdim olunan hökumət maliyyələşməsi ilə bağlı qanun layihəsini artıq səkkizinci dəfə rədd edib.

Teleqraf xəbər verir ki, səsvermə "C-SPAN" telekanalında canlı yayımlanıb.

14 oktyabrda keçirilən prosedur səsverməsində Nümayəndələr Palatası tərəfindən əvvəlcədən təsdiqlənmiş sənədi 49 senator dəstəkləyib, 45 nəfər isə əleyhinə səs verib. Qanun layihəsinin qəbul olunması üçün 60 səs tələb olunurdu.

Chosen
37
teleqraf.com

1Sources