EN

Ramiz Mehdiyev ömürlük həbs edilə bilər

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində 4 ay müddətinə ev dustalığı tədbiri seçilib. Sabiq PA rəhvəri Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 274-cü və 278-ci maddələrinə əsasən, əməli törətməsi sübuta yetirilən şəxs on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, Ramiz Mehdiyevin 87 yaşı var və bu, ona cəza təyin edilərkən məhkəmə tərəfindən nəzərə alına bilər.

Chosen
61
1
unikal.az

10Sources