EN

COP29 Sədrliyi “Bakıdan Belemə 1,3 trilyon dollara” Yol Xəritəsi üzrə yenilənmə təqdim edib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 və COP30 sədrliyinin birgə təşəbbüsü ilə Bakıda işə salınan “Bakıdan Belemə 1,3 trilyon dollara” Yol Xəritəsi üzrə yenilənmə təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yer alıb.

Bildirilib ki, COP29 Sədrliyinin nümayəndə heyəti hazırda Braziliyada keçirilən Pre-COP30 tədbirində iştirak edir.

“COP29 və COP30 sədrliyinin rəhbərləri bütün maraqlı tərəflərlə apardıqları məsləhətləşmələr prosesinin inklüziv xarakterini vurğulayıblar. Onlar bildiriblər ki, bu Yol xəritəsi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin 2035-ci ilədək azı 1,3 trilyon dollara çatdırılmasına yönəlmiş praktik addımları əhatə edir”, – deyə məlumatda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
2
azertag.az

3Sources