Ukrayna Rusiya ilə münaqişədə xarici qoşunların iştirakı olmadan da qalib gələ bilər.
Publika.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bildirib.
“Bizə sizin əsgərləriniz lazım deyil, bizə birlik və həmrəylik lazımdır”, - deyə o vurğulayıb.
Poroşenkonun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü Avropada sabitliyin əsas təminatına çevrilə bilər. O, Qərb ölkələrini Alyansın qapılarını Kiyevin üzünə açıq saxlamağa çağırıb.