EN

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib

BAKI,TurkicWorld

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş"in təsdiq edilib.

Saziş 2025-ci il iyunun 25-də Cenevrə şəhərində və 2025-ci il iyulun 11-də Bakı şəhərində imzalanıb.

Chosen
24
14
turkic.world

10Sources