EN

Zelenski: Rusiyanın hücumları fonunda Ukrayna qaz idxalını müzakirə etməyə başlayıb

Rusiya tərəfindən enerji obyektlərinə edilən hücumlar fonunda Ukrayna tərəfdaşları ilə qaz idxalını müzakirə etməyə başlayıb.

APA "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sözügedən proses üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur.

“Biz bilirik, haradan qaz ala biləcəyimizi və mavi yanacağın qiymətini bilirik. Bizim elə tərəfdaşlarımız var ki, hazırda təchizat üçün vəsait tələb etmirlər”, – deyə prezident qeyd edib.

Zelenski əlavə edib ki, söhbət əsasən Avropa, xüsusilə də Norveçdəki tərəfdaşlardan gedir:

“Eyni zamanda, bu, Yaxın Şərqdəki tərəfdaşlarımız da ola bilər. Biz bilirik, haradan qaz ala bilərik, amma yenə də sual ondan ibarətdir ki, kifayət qədər vəsaiti haradan əldə etmək olar. Amma biz bunu mütləq bacaracağıq”, – deyə ölkə başçısı vurğulayıb.

Chosen
35
2
apa.az

3Sources